image-1backend

NATO-nun sözçüsü: Türkiyə sarsılmaz müttəfiqdir   

image-ads-728x90

NATO Türkiyənin Alyansa üzvlüyünün ildönümü münasibətilə bəyanat yayıb.

Korrekt.az xəbər verir ki, NATO-nun sözçüsü Allison Hart yazılı açıqlamasında bildirib ki, Türkiyə 74 il əvvəl Alyansa qoşulduğu gündən etibarən çoxşaxəli və mühüm töhfələr verir.

“Bu gün Türkiyənin NATO-ya üzv olmasının ildönümünü qeyd edərkən, onun Alyansa verdiyi töhfələri bir daha xatırlayırıq. Türkiyə NATO-nun sarsılmaz müttəfiqidir və ortaq təhlükəsizliyimizə dəyərli töhfələr verən ölkədir”, – deyə Hart vurğulayıb.

Sözçü qeyd edib ki, Türkiyə NATO-da ikinci ən böyük orduya malikdir. Onun sözlərinə görə, Ankaranın müdafiə sahəsinə davamlı investisiyaları, güclü müdafiə sənayesi və NATO-nun missiya, əməliyyat və təlimlərində müntəzəm iştirakı Alyansın kollektiv təhlükəsizliyinə mühüm dəstək verir.

Hart həmçinin növbəti NATO Zirvə toplantısının iyul ayında Ankarada keçiriləcəyini xatırladıb.

Qeyd edək ki, 1949-cu ildə yaradılan NATO-ya Türkiyə rəsmi olaraq 18 fevral 1952-ci ildə üzv olub. Strateji coğrafi mövqeyə malik olan Türkiyə ötən 74 il ərzində, xüsusilə terrorizmlə mübarizə istiqamətində, Alyans çərçivəsində fəal rol oynayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki