Əgər İsrail İran tərəfindən hücuma məruz qalarsa, İsrail Tehranın heç vaxt görmədiyi bir güclə cavab verəcək.
Korrekt.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu yerli televiziya kanallarında yayımlanan mətbuat konfransında bildirib.
“Əgər İran ciddi bir səhvə yol verərsə və İsrailə hücum edərsə, biz İranın heç vaxt görmədiyi bir qüvvə ilə cavab verəcəyik”, – deyə o bildirib.
Netanyahunun sözlərinə görə, İsrail 2025-ci ilin yayında İrana və onun peyklərinə ciddi zərbə vurub. “İran hazırda yenidən qurmağa çalışır, amma İsrail buna imkan verməyəcək”, – deyə İsrailin baş naziri əlavə edib.
Daha əvvəl “The Washington Post” qəzeti mənbələrə istinadən İran və İsrailin 2025-ci ilin dekabr ayının sonuna qədər bir-birinə hücum etməmək barədə razılığa gəldiyini bildirmişdi.





















