image-1backend

Ordumuz Cermukun qapısında? – Qonşu ölkədə TƏLAŞ  

image-ads-728x90

“Azərbaycan son aylarda Cermuk (İstisu – red.) yaxınlığındakı “işğal olunmuş ərazilərdəki mövqelərini genişləndirib və gücləndirib”. Belə bir iddia “Sputnik Armenia”nın xəbərində yer alıb. “Azərbaycan 2022-ci ilin sentyabrında bu sektorda Ermənistan ərazisinə hücum edib və hesablamalarımıza görə, Cermuk yaxınlığında 70 kvadrat kilometrdən çox ərazini (fiziki mövcudluq) işğal edib”, – deyə məlumatda şərti sərhəd olan ərazilər haqda cəfəngiyat qeyd olunur.

Dərələyəz mahalı, Cermuk

Daha sonra bildirilir ki, bundan sonra (2022-2023-cü illər ərzində) azərbaycanlılar bu bölgədə əhəmiyyətli mühəndislik işləri aparıblar: “Lakin peyk görüntüləri göstərir ki, Bakının hərəkətləri bununla məhdudlaşmayıb. 2026-cı ilin iyul-sentyabr ayları arasında çəkilmiş peyk görüntüləri yeni və genişlənmiş mövqe infrastrukturunu göstərir. Bir sıra sektorlarda (yolların genişləndirilməsi, mebellərin çəkilməsi və mövqelərin genişləndirilməsi) görülən işlərin həcmi təkcə təcrid olunmuş əməliyyatların inkişafını deyil, həm də mürəkkəb mövqe infrastrukturunun inkişafını göstərir. Qeyd etmək lazımdır ki, iş keçmiş sovet sərhədindən 1,2 km-dən 6 km-ə qədər məsafədə yerləşən mövqelər ərazisində aparılıb (SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1974-cü il topoqrafik xəritəsinə əsasən, bu mövqelər Ermənistan SSR ərazisində yerləşir).

Bundan əlavə, hərbi infrastrukturun gücləndirilməsi və genişləndirilməsi sovet xəritələrinə əsaslanan demarkasiya prosesinin başlamasından, eləcə də 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanmasından sonra baş verib”, – deyə yerli media yazıb. Azərbaycan şərti sərhəddə hərbi toqquşmalar zamanı strateji yüksəkliklərə nəzarəti ələ keçirib. Ordumuz bala Göyçə gölünün sahilinə yaxındır. Amma sərhədlər müəyyən olunmayıb deyə Azərbaycanı işğalçılıqda ittiham etmək absurddur. İndi isə “Sputnik Armenia” yalan yazıb. Ümumiyyətlə, son həftələr erməni tərəfində sülh prosesinə zərər gətirən ritorika müşahidə olunur.

Paşinyan sərhəddə: Cermuk ətrafındakı hakim yüksəkliklər... - Globalinfo.az

Niyə?

Hərbi ekspert Ramil Məmmədli  deyib ki, sərhəd toqquşmaları zamanı strateji yüksəkliklərə nəzarətimiz təmin olunub və heç bir halda Ermənistan ərazilərinə daxil olmaqdan söhbət belə gedə bilməz.
Onun sözlərinə görə, ermənilər hər dəfə iddia edirlər ki, guya 200 kvadratkilometr ərazi ələ keçirmişik, amma tamamilə yalandır: “Bu təbliğata bir müddət əvvəl Makron da qoşulmuşdu. Halbuki sərhədlər delimitasiya olunmayıb və Azərbaycan təhlükəsizliyini gücləndirmək üçün mövqeyini möhkəmləndirib. İndi isə növbəti kampaniya başladılıb və məqsəd Azərbaycan haqda beynəlxalq aləmdə mənfi rəy yaratmaqdır”.

Ekspert bildirib ki, Azərbaycan Ordusunun hər hansı addımı Ermənistan ərazilərinə yaxınlaşmaq məqsədi daşımır: “Hər bir ordu mühəndis işlərini müntəzəm olaraq həyata keçirir. Ermənilər isə yalan xəbərlər tirajlayaraq guya işğal təhlükəsi ilə üzləşdiklərini iddia edirlər. Azərbaycanın kimsənin torpağında gözü yoxdur, ermənilərdən fərqli olaraq. Biz sərhəd təhlükəsizliyini möhkəmləndirmək istiqamətində addımlar atmalıyıq. Sadəcə, sərhədlərin dəqiqləşməsi zəruridir ki, belə iddialar da ortaya atılmasın”.

Ermənistanla sərhəd necə delimitasiya olunacaq? - Təfərrüat ortaya çıxdı -  Turkustan.az

Ramil Məmmədli qeyd edib ki, delimitasiya işləri sözügedən istiqamətdə də aparılmalıdır: “Təbii ki, sərhədlərin müəyyənləşməsi, demarkasiya zaman tələb edən işlərdir. Amma yekun sülh sənədinə qədər sürətləndirmək lazımdır. Ən azından sərhədlərin əhəmiyyətli hissəsi dəqiqləşə bilər. Düzdür, bu iş sülh sənədindən kənardadır, amma delimitasiya prosesində durğunluq olmamalıdır. Hazırda şərti sərhədlər var və delimitasiya işi üzrə komissiya tez-tez toplaşmalıdır ki, müzakirələr intensivləşsin. Bundan sonra bu cür yalan xəbərlər də olmayacaq”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki