Ermənistanın baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyanın Rusiya vətəndaşı olduğu faktı üzə çıxıb.
Bu barədə “İşxanutyan” qəzeti yazıb.
Qəzet yazır ki, Ermənistanın hakim partiyası Rusiya ilə əlaqəsi olan insanları xarici agent adlandırır.
“Belə şəxsləri Ermənistanın suverenliyinə təhdid kimi təqdim edirlər. Əlimizdə olan sənədlərə görə, Paşinyanın qardaşı Armen Paşinyan Rusiya Federasiyasının vətəndaşıdır. Əgər hökumət Rusiya ilə əlaqələri şübhə üçün əsas hesab edirsə, məntiqli sual yaranır: eyni meyarlar onların özlərinə və yaxın tərəfdaşlarına da şamil olunurmu? Ermənistanın Milli Təhlükəsizlik Xidməti Paşinyanın qardaşını yoxlayıbmı, bəlkə o, KQB agentidir?”, – nəşr yazıb. (Publika.az)






















