image-1backend

 Poçettino “Mançester Yunayted”in sükanı arxasına keçdi – 2029-cu ilədək müqavilə imzaladı

image-ads-728x90

Argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi təyin edilib.

Korrekt.az xəbər verir ki, məlumata görə, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano xəbər yayıb. Bildirilir ki, Poçettino ABŞ milli komandasının baş məşqçisi vəzifəsindən ayrılaraq İngiltərə klubuna rəhbərlik etməyə başlayıb.

Noyabrın 12-də “Mançester Yunayted” rəhbərliyi komandanın sabiq futbolçusu Maykl Kerrikin baş məşqçi postundan azad edilməsi barədə qərar qəbul edib. Kerrik bu ilin yanvar ayında komandaya rəhbərlik etməyə başlamış və klubla Premyer Liqanın bürünc medalını qazanmışdı.

“The Athletic” nəşrinin məlumatına əsasən, 54 yaşlı Poçettino ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.

İngiltərə Premyer Liqasında 10 turdan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Yeni baş məşqçinin qarşısında əsas vəzifələrdən biri komandanı uğursuz nəticələrdən çıxarmaq və turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki