Rusiya İrandan artıq zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bəyan edib.
Korrekt.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İran və ABŞ arasında razılaşma əldə olunacağı təqdirdə, artıq zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı müxtəlif təkliflər müzakirə olunur. Onun sözlərinə görə, Moskva daha əvvəl də bu mövqeni açıqlayıb və Rusiya belə bir addıma hazırdır.
Peskov eyni zamanda İran və ABŞ arasında nüvə proqramı ilə bağlı aparılan danışıqların nəticələri barədə əvvəlcədən fikir bildirməyin düzgün olmadığını vurğulayıb. (Khabar Online)
Bundan əvvəl “The Wall Street Journal” qəzeti yazmışdı ki, İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa və ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü ölkəyə ötürməyə hazır olduğunu bəyan edib.





















