image-1backend

Pezeşkian: ABŞ-la danışıqlara başlayırıq

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçiyə ABŞ ilə danışıqlara başlamağı tapşırıb.

Korrekt.az xəbər verir ki, sosial mediada paylaşımında o, dialoqa başlamaq qərarının regiondakı İrana dost ölkələrin müraciətlərinə cavab olduğunu qeyd edib.

Prezidentin sözlərinə görə, danışıqlar İranın milli təhlükəsizliyi maraqları naminə aparılmalıdır.

Daha əvvəl media orqanları İranla ABŞ arasında davam edən gərginlik fonunda ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun fevralın 6-da İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək ölkənin nüvə proqramını müzakirə edəcəyi barədə məlumat vermişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki