İran prezidentinin mətbuat xidməti Pezeşkian, Pakistanın Baş naziri Şərif və Qətər Əmiri əl-Tani arasında ayrı-ayrı telefon danışıqlarının təfərrüatlarını açıqlayıb.
Korrekt.az xəbər verir ki, son regional hadisələrin müzakirəsi zamanı Məsud Pezeşkian İslam ölkələri arasında birliyin möhkəmləndirilməsini və gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, qeyd edib ki, “Əgər ABŞ həqiqətən diplomatiya axtarırsa, təxribatçı addımlarını dayandırmalıdır. İranın seçimi ləyaqətli dialoq və diplomatiya yoludur, bununla belə o, özünü müdafiə etməkdən çəkinməyəcək”.





















