Dünən İran prezidenti Məsud Pezeşkian ölkə mediasında qonşu dövlətlər və onların liderləri haqqında təhqiramiz ifadələrin səsləndirilməsini kəskin tənqid edib. Dövlət başçısı bu cür yanaşmanı yersiz və ləyaqətə zidd adlandırıb.
Korrekt.az xəbər verir ki, Pezeşkian bildirib ki, region ölkələrin prezidentləri və rəsmi nümayəndələri İranla əməkdaşlıq çərçivəsində müharibənin qarşısının alınmasını və problemlərin dialoq yolu ilə həllini önə çəkdiyi bir vaxtda, medianın qonşuları alçaldan açıqlamalar yayması doğru deyil.





















