Dünən İran prezidenti Məsud Pezeşkian Lorestan əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə çıxış edib. Korrekt.az xəbər verir ki,o, ölkə naminə fəaliyyət göstərməkdən qürur duyduğunu və şəhidlikdən qorxmadığını bildirib.
“Şəhid olmağımızla fəxr edərik. Şəhidlikdən qorxumuz yoxdur. Belə bir şey baş verərsə, qürur duyarıq”, – deyə, Pezeşkian açıqlayıb.
Prezident qeyd edib ki, dövlət başçısı kimi fəaliyyəti onun üçün asan deyil. O, əvvəllər daha sərbəst həyat tərzi sürdüyünü, indi isə təhlükəsizlik səbəbi ilə məhdudiyyətlərlə hərəkət etməli olduğunu vurğulayıb.
Dövlət başçısı, habelə, bildirib ki, ölkənin inkişafı üçün atılacaq heç bir addımdan çəkinməyəcək və xalqa xidmət etmək üçün gecə-gündüz çalışmağa hazırdır. (





















