Bu gün Polşanın baş naziri Donald Tusk İranda olan öz vətəndaşlarına təcili müraciət edərək, onları ölkəni dərhal tərk etməyə çağırıb.
Korrekt.az xəbər verir ki, Tusk bildirib ki, İranda artan gərginlik və mümkün hərbi münaqişə riski səbəbindən vəziyyətin sürətlə dəyişməsi ehtimalı mümkündür. Onun sözlərinə görə, yaxın bir neçə saat ərzində təxliyə və ya ölkədən çıxış imkanları tamamilə məhdudlaşa bilər. Baş nazir öz vətəndaşlarına müraciətində deyib: “Xahiş edirəm, dərhal İranı tərk edin və heç bir halda bu ölkəyə səfər etməyin”. Tusk vurğulayıb ki, böhran dərinləşərsə, Polşa hökumətinin yardım göstərmək və ya vətəndaşları geri qaytarmaq imkanları ciddi şəkildə çətinləşə bilər.





















