image-rados-aw-sikorskibackend

Polşa XİN rəhbəri İlon Maska çağırış etdi: “Ruslara Starlink-i bağlayın”

image-ads-728x90

Polşanın xarici işlər naziri Radoslav Sikorski “Starlink” peyk internetindən ruslar tərəfindən istifadənin məhdudlaşdırılmasına çağırıb.

Korrekt.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatını paylaşaraq bildirib ki, Rusiya qüvvələri İlon Maska məxsus “Starlink” peyklərindən Ukrayna ərazisində pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmək üçün istifadə edirlər.

Radoslav Sikorski paylaşımında İlon Maska birbaşa müraciət edərək, rusların “Starlink”dən Ukrayna şəhərlərinə qarşı hücumlar məqsədilə istifadəsinə niyə mane olunmadığını sual edib. Nazir vurğulayıb ki, müharibə cinayətlərindən gəlir əldə edilməsi Maskın brendinə zərər vura bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki