Ağdamın “Qarabağ” klubu daha bir istedadlı futbolçunu transfer edə bilər. Korrekt.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Belə ki, Ağdam klubu Argentinanın “Boka Xuniors” klubu futbolçusu 23 yaşlı Exekiel Seballos üçün hərəkətə keçib. Rusiya mediasının yazdığına görə gənc vunderkind üçün Ağdam klubu 10 milyon pul ödəyə bilər. Rusiya mediası bu xəbəri SportsCenter-in jurnalisti Emiliano Raddi-yə istinadən yayıb.
Exekiel Seballos “Boka Xuniors”un gənclər akademiyasının yetirməsidir. O, Buenos-Ayres təmsilçisinin əsas komandasında bütün turnirlərdə 130 oyuna çıxıb, 16 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
Qeyd edək ki, daha əvvəl xarici mətbuatda Seballosa Moskva “Spartak”nın da maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.





















