Artıq çıxışı ilə beynəlxalq idman mediasının diqqətini cəlb edən Ağdamın “Qarabağ” klubu transfer bazarında da aktivliyi ilə gündəmə gəlməkdədir.
Korrekt.az xəbər verir ki, bu dəfə Daily Mail nəşri “Qarabağ”ın daha bir ulduz futbolçu ilə maraqlandığını yazıb. Məlumata görə, Ağdam təmsilçisi İngiltərəli futbolçu Dele Allini heyətinə qatmağı nəzərdən keçirir.
Qeyd edək ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən ilin sentyabr ayından bəri klubsuzdur. Dele Alli cari mövsümə İtaliyanın “Como” klubunda başlasa da, daha sonra komanda ilə yollarını ayırıb.
Xatırladaq ki, Dele Alli karyerasının ən uğurlu dövrünü “Tottenhem”də keçirib və uzun müddət İngiltərə millisinin əsas üzvlərindən biri olub.





















