image-1backend

Qızıl dükanını qarət etdi: Qızılları eşşəyə yükləyərək qaçdı

image-ads-728x90

Türkiyənin Kayseri şəhərində qızıl mağazasını qarət etdikdən sonra hadisə yerindən eşşəklə uzaqlaşan şəxs polis tərəfindən saxlanılıb.

Korrekt.az xəbər verir ki, Türkiyənin Hürriyet qəzetinin məlumatına görə, saxlanılan Mehmet C. ifadəsində hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu bildirib. Onun sözlərinə görə, həmin gün axşam saatlarında yenidən spirtli içki almaq qərarına gəlib.

Şübhəli qeyd edib ki, mağazaların bağlı olduğunu görüb və bu zaman zərgərlik dükanı diqqətini cəlb edib. “Qızıl dükanını görəndə maliyyə problemlərim yadıma düşdü. Yaxınlıqda yük daşımaq üçün istifadə olunan kiçik elektrik nəqliyyat vasitəsi var idi. Onu işə salmağı bacardım və həmin vasitə ilə dükanın pəncərəsini sındıraraq qızılları götürdüm”, – deyə o bildirib.

Mehmet C. daha sonra hadisə yerindən eşşəyə minərək uzaqlaşdığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki