Gürcüstanda kommunikasiya vasitələrinin, o cümlədən mobil telefonların və planşetlərin istifadəsi dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərdə də qadağan ediləcək.
Korrekt.az xəbər verir ki, təşəbbüs parlamentin Təhsil Komitəsinin iclasında “Gürcü Arzusu” partiyasının deputatı Rima Beradze tərəfindən irəli sürülüb.
Təhsil nazirinin müavinləri bildiriblər ki, tətbiq ediləcək məhdudiyyətlər özəl məktəblərə də şamil olunacaq. Təhsil nazirinin müavini Tamar Maxaraşvilinin sözlərinə görə, söhbət yalnız mobil telefonlardan getmir. Qadağa planşetlərə, ağıllı saatlara və digər elektron kommunikasiya vasitələrinə də aid olacaq.
Qanunvericilik təşəbbüsü parlamentin Təhsil və Elm Komitəsi tərəfindən dəstəklənib.





















