image-1backend

Rusiya Ermənistanda hərəkətə keçdi: Oliqarx Ermənistanın baş nazir postuna namizəd oldu  

image-ads-728x90

Samvel Karapetyan “Güclü Ermənistan” partiyasının Ermənistan Baş naziri vəzifəsinə namizədi elan edilib.

Korrekt.az xəbər verir  ki, Karapetyan hazırda Erməni Apostol Kilsəsini dəstəklədiyini bildirdiyinə görə rejim dəyişikliyinə çağırış ittihamı ilə ev dustaqlığındadır.

Partiyanın qurultayı 11 fevralda baş tutub. Qurultayda sədr və şura seçilib.

Namizədin adı “Bizim Yolumuz” hərəkatının koordinatoru Samvel Karapetyanın qardaşı oğlu Narek tərəfindən açıqlanıb. Namizədi təqdim edən Narek onun yeni, lakin təcrübəli lider olduğunu vurğulayıb.

“Biz güclü dünya üçün iqtisadi və təhlükəsizlik alternativlərini təmsil edirik”, – Narek Karapetyan bildirib.

O, həmçinin vəd etdi ki, seçkilərdə qalib gəldikdən sonra partiya dərhal Ermənistan Respublikasının istənilən vətəndaşının baş nazir olmaq imkanına malik olacağı qanunu qəbul edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki