image-1backend

Rusiya İrana milyardlarla dollar nağd pul göndərib – The Telegraph

image-ads-728x90

“The Telegraph” qəzetinin məlumatına görə, Rusiya İrana gizli şəkildə milyardlarla dollar dəyərində nağd pul ötürüb. Bu addım, ABŞ-ın Donald Trampın prezidentliyi dövründə Tehrana sərt sanksiyalar tətbiq etməsindən sonra Rusiyanın müttəfiqini dəstəkləmək məqsədilə atdığı addımlar sırasındadır.

Korrekt.az xəbər verir ki, qəzetin əldə etdiyi sənədlərdə bildirilir ki, Moskva sanksiyalardan yayınmaq üçün Promsvyazbank vasitəsilə ilk ödənişi 13 avqust 2018-ci ildə həyata keçirib. Həmin vaxt Trampın Tehrana qarşı sanksiya sərəncamı imzalanmışdı.

Ödənişlər qatarla Həştərxan limanına, oradan gəmi ilə Xəzər dənizi vasitəsilə Əmirabad limanına, daha sonra isə qatarla Tehrana daşınıb. Hər bir yük təxminən 110 kiloqram nağd puldan ibarət olub və 500 avroluq əskinaslarla qablaşdırıldığı güman edilir.

“The Telegraph” yazır ki, bu gizli ödənişlər Rusiya ilə İran arasında əvvəllər düşünüləndən daha dərin münasibətləri göstərir və Moskvanın Tehranın rejimini sanksiyalardan və ənənəvi ödəniş üsullarından yayındıraraq dəstəklədiyini ortaya qoyur.

ABŞ administrasiyasının İran üzrə xüsusi nümayəndəsinin baş köməkçisi Ariane Tabatabai bildirib ki, bu ödənişlər İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və ya digər hərbi alış-veriş məqsədilə istifadə oluna bilər: “Əvvəla, güman edərdim ki, bu, avadanlıq və silahlar, raket sistemləri və ya onların komponentləridir”.

Hərbi ekspert Mixail Jiroxov qeyd edib ki, Rusiya artilleriya sursatı ilə bağlı problemlərlə üzləşdiyi üçün getdikcə xarici təchizatdan asılı vəziyyətə düşür. Rusiya Şimali Koreya istehsalı olan 240 mm və 300 mm kalibrli sursatlardan istifadə etməyə çalışır və bununla İrandan əlavə dəstək almağa yönəlir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki