image-1backend

“Rusiya öz işğalçılıq siyasətindən əl çəkməsə…” -Politoloq

image-ads-728x90

“Rusiya öz işğalçılıq siyasətindən əl çəkmədiyi müddətcə regionda münaqişələrin sona çatması mümkün olmayacaq.” – bu fikirləri  politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

image-1Politoloqun  sözlərinə görə, Rusiya Ukraynaya qarşı apardığı müharibəni davam etdirdikcə, Kiyevlə əməkdaşlıq edən digər ölkələr də Kremlin hədəfinə çevrilir.

“Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə raket hücumu, Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq obyektlərinə endirilən zərbələr, Odessa limanında Türkiyəyə məxsus sıxılmış qaz tankeri daşıyan gəminin hədəfə alınması, Avropa ölkələrinin hava məkanına göndərilən dronlar Kremlin bu siyasətinin tərkib hissəsidir. Rusiya bu dəfə Polşa dəmir yolunu hədəfə alıb. Onun sözlərinə görə, Rusiya kəşfiyyat xidməti ilə əməkdaşlıq edən bir qrup Ukrayna vətəndaşı Polşada dəmir yolunu partladaraq Belarusa qaçıb. Politoloq bunu Kremlin məqsədli addımı kimi qiymətləndirir. Polşa dəmir yolunun hədəfə seçilməsi təsadüfi deyil. Çünki Ukraynanın dünya ilə əsas əlaqəsi məhz Polşa üzərindən təmin olunur. Xarici ölkə rəsmiləri Ukraynaya səfərlərində Polşanın dəmir yolu marşrutundan istifadə edir, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski də səyahətlərində bu marşruta üstünlük verir. Eyni zamanda Ukraynaya göndərilən hərbi texnikanın böyük hissəsi Polşa dəmir yolu ilə çatdırılır.” -deyə Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, bütün bu amillər Kremlin həmin infrastrukturun məhv edilməsinə marağını artırırdı və bu addım gözlənilən idi. O, hesab edir ki, bundan sonra Polşa dəmir yolunun təhlükəsizliyinə nəzarət daha da gücləndirilməlidir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki