image-1backend

Rusiya–Ukrayna  müharibəsi sona çatır? –Danışıqlar gərgin keçib  

image-ads-728x90

AFP agentliyinin məlumatına görə, Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk günü “çox gərgin” atmosferdə baş tutub.

Korrekt.az xəbər verir ki, Rusiya nümayəndə heyətinə yaxın anonim mənbə bildirib ki, görüş təxminən altı saat davam edib. “Danışıqlar çox gərgin keçdi. Altı saat sürdü və hazırda başa çatıb. Qərara alındı ki, müzakirələr fevralın 18-də davam etdirilsin”, – deyə mənbə vurğulayıb.

Görüşdə iştirak edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov isə bildirib ki, müzakirələr zamanı “praktik məsələlər və mümkün həll mexanizmləri” diqqət mərkəzində olub.

Danışıqların gündəliyi və tərəflərin mövqeləri ilə bağlı əlavə detallar açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki