image-1backend

Rusiyada ilginc sorğu – Azərbaycanın adı niyə yoxdur?

image-ads-728x90

Ümumrusiya İctimai Rəyin Tədqiqi Mərkəzi (VCIOM) respondentlərindən hansı MDB ölkələrini ən sabit və uğurlu hesab etdikləri barədə sorğu keçirib.

Korrekt.az  xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” geniş təhlil hazırlayıb.

Sorğunun nəticələrinə görə, bu gün respondentlərin 75%-i Belarusu MDB-də sabitlik və uğurun əsas nümunəsi hesab edir. Qazaxıstan təxminən 50%, Özbəkistan isə 17% səviyyəsində qiymətləndirilir. Yaş qrupları üzrə nəticələr göstərir ki, yaşlı nəsildə Belarusa rəğbət daha yüksəkdir (80%-dən çox), lakin gənclər arasında da bu göstərici kifayət qədər yüksək olaraq qalır. Qazaxıstan və Özbəkistan da xüsusilə gənc respondentlər tərəfindən daha çox “sabit və uğurlu” ölkələr kimi qəbul edilir.

Maraqlıdır ki, bu qiymətləndirmələr təkcə iqtisadi göstəricilərlə izah olunmur. Belarusda orta maaş Rusiyadan aşağıdır, lakin pensiyalar bir qədər yüksəkdir. ÜDM göstəriciləri isə Qazaxıstandan geri qalır. Buna baxmayaraq, Belarus yüksək qiymətləndirilməsi daha çox sabitlik imici və internet məhdudiyyətlərinin nisbətən az olması ilə əlaqələndirilir.
Eyni zamanda, rusların Belarusa köçü kütləvi xarakter daşımır, lakin marağın artdığı müşahidə olunur. 2026-cı ilin mart ayında Minskdə rusların iştirakı ilə mənzil alqı-satqısı əhəmiyyətli dərəcədə artıb.

Musavat.com bildirir ki, siyahıda bir neçə rəy mərkəzlərinin “sabitlik adası” hesab etdikləri Azərbaycanın adının önə çəkilməməsi diqqət çəkir. Bu zənnimizcə, bir neçə amillə izah oluna bilər.

Məsələn, bu sorğu obyektiv reallığı deyil, rus cəmiyyətində formalaşmış imici əks etdirir. Azərbaycan indi Avropaya Rusiyada daha çox enerji məhsulları ötürür və geosiyasi aktor kimi tanınır, lakin “sosial sabitlik modeli” kimi təqdim olunmur.

İkinci amil bəzi Rusiya media resurslarında Belarus və qismən Qazaxıstan “yaxın müttəfiq” və “anlaşılan model” kimi təqdim edilir. Azərbaycan isə daha çox müstəqil siyasət yürüdən və balanslı xarici kursa malik ölkə kimi qəbul olunur. Bu isə onu rus auditoriyasının gözündə “nümunə ölkə” kateqoriyasından kənarda saxlayır.

Üçüncü mühüm faktor miqrasiya və gündəlik həyatla bağlıdır. Ruslar üçün Belarus dili, mədəniyyəti və sosial mühiti baxımından daha yaxın və rahat uyğunlaşma imkanı yaradır. Azərbaycan isə fərqli sosial və mədəni mühitə malik olduğu üçün bu baxımdan daha az cəlbedici görünür.

Nəhayət, psixoloji amil də rol oynayır: insanlar özlərinə daha çox bənzəyən sistemləri daha stabil və uğurlu hesab etməyə meyllidirlər. Belarus modeli postsovet idarəçilik baxımından Rusiyaya daha yaxın göründüyü üçün daha yüksək qiymətləndirilir.

Azərbaycanın bu siyahıda yer almaması onun zəifliyi ilə deyil, daha çox fərqli imicə malik olması və Rusiyanın informasiya prizmasında başqa kateqoriyada qiymətləndirilməsi ilə bağlıdır.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki