WhatsApp Rusiyada tamamilə əlçatmaz hala gəlib. Messengerin domeni Roskomnadzorun DNS verilənlər bazalarından yoxa çıxıb.
Korrekt.az xəbər verir ki, Rusiya bundan əvvəl Telegram-ı məhdudlaşdırmaq niyyətində olduğunu da açıqlayıb.
Roskomnadzor həmçinin Rusiyada Facebook, Instagram və YouTube-u tamamilə bloklayıb.
Bu platformalar üçün məlumatlar Milli Domen Adları Sisteminin (NDNS) DNS serverlərindən silinib.





















