Rusiyanı yaxın xaricdən sıxışdırıb çıxarmaq cəhdləri Rusiyanı məğlub etmək strategiyasının bir hissəsidir. – Korrekt.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Müzakirə Klubunda keçirilən mətbuat konfransında @Sputnik-ın sualına cavab olaraq bildirib ki, “Qərb Rusiya ilə keçmiş Sovet İttifaqı dövlətləri, respublikaları arasında nifaq salmaq cəhdlərini gizlətmir. Qərbin bu gün Ukrayna vasitəsilə, Kiyev rejimi vasitəsilə nə etdiyi və Cənubi Qafqazda və hətta Orta Asiyada təhlükəsizliyimizə necə təhlükə yaratmağa çalışdığı – bütün bunlar göstərir ki, bu ölkələrlə münasibətlər, xüsusən də inteqrasiya birlikləri çərçivəsində – əlbəttə ki, bizim üçün çox vacibdir.”





















