Özbəkistan mətbuatında Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubunun futbolçusu Umarali Rahmonaliyevlə bağlı diqqətçəkən məlumat yayılıb.
Korrekt.az xəbər verir ki, Fransanın “Lens” klubu 22 yaşlı özbək yarımmüdafiəçi ilə maraqlanır. Fransa təmsilçisinin Rahmonaliyevin çıxışlarını izlədiyi və onun transferi ilə bağlı vəziyyəti dəyərləndirdiyi bildirilir.
Umarali Rahmonaliyev “Sabah”ın əsas heyətində özünü göstərən futbolçulardan biridir. Özbəkistan millisinin də formasını geyinən gənc oyunçu texniki imkanları, meydanın mərkəzində fəallığı və hücumlara qoşulması ilə diqqət çəkir.
“Lens”in marağı Rahmonaliyevin karyerasında yeni mərhələnin başlanmasına səbəb ola bilər. Fransanın yüksək səviyyəli futbol mühitində çıxış etmək imkanı futbolçunun inkişafı baxımından mühüm addım hesab olunur.





















