ABŞ Azərbaycana qoşun yerləşdirib. Korrekt.az xəbər verir ki, bu cəfəng iddia ilə İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalı çıxış edib.
SEPAH növbəti qərəzli post paylaşıb: “Ərəb ölkələrindən əlavə, ABŞ İrana hər tərəfdən mümkün hücum üçün Azərbaycanda, Bakıda qoşun və silah yerləşdirir”.
Qeyd edək ki, bu SEPAH-ın telegram kanalının Azərbaycanla bağlı ilk qərəzli paylaşımı deyil. Mütəmadi olaraq bu teleqram kanalı qərəzli paylaşımlar edir.





















