Dünən SEPAH komandanının keşmiş müşaviri Hüseyn Dəqiqi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib. Korrekt.az xəbər verir ki,o, “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib ki, mümkün müharibə regional xarakter daşıyacaq və bölgədəki bütün Amerika hərbi bazaları hədəfə alınacaq.
Dəqiqi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp mediada uğurlu görüntü yaratmağa çalışsa da, real nəticələr əldə olunmur. Onun sözlərinə görə, əgər Vaşinqton hücum qərarı versə, İranın ilk zərbə endirəcəyi hədəf İsrail olacaq.
SEPAH rəsmisi vurğulayıb ki, Tehran müharibə istəmir və strategiyası “çəkindirici və müdafiə xarakterlidir”.
O, əlavə edib ki, bu ssenaridə İran yalnız öz ərazisi ilə kifayətlənməyəcək, region ölkələrində yerləşən ABŞ bazalarını və müttəfiqlərini də hədəfə alacaq, bu səbəbdən ABŞ bütün bazalarını bağlamalıdır.





















