image-1backend

SEPAH generalının   qızı  Avstraliyada daimi yaşayış icazəsi alıb 

image-ads-728x90

“The Australian” qəzetinin çərşənbə günü verdiyi məlumata görə, Avstraliyanın baş nazirinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İranın ali rəhbəri Əli Xameneyinin sanksiya tətbiq edilən hərbi müşaviri və SEPAH-ın keçmiş yüksək vəzifəli şəxsi, general-leytenant Yəhya Rəhim Səfəvinin qızı Haniyə Səfəviyə daimi yaşayış icazəsi verib.

Korrekt.az xəbər verir ki, Haniyə Səfəvi 2024-cü ildə tələbə vizası ilə bu ölkəyə gedib və daha sonra ixtisaslaşmış müstəqil viza alıb. O, hazırda Avstraliyada müvəqqəti psixoloq kimi qeydiyyatdan keçib.

Onun yaşayış icazəsi İran diasporu üzvləri və müxalifəti təmsil edən qanunvericilər tərəfindən tənqid olunub.
Liberal senator Deyv Şarma daxili İşlər naziri Toni Börkə yazdığı məktubda bildirib ki, “Avstraliyanın sanksiya siyahısında olan SEPAH-ın yüksək rütbəli komandirinin qızının Avstraliyada yaşaması narahatedici və potensial olaraq həyəcanvericidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki