image-1backend

SEPAH terror təşkilatı elan edilir – Kaya Kallas 

image-ads-728x90

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən terror təşkilatı kimi tanıması gözlənilir.

“Al Arabiyya” telekanalı xəbər verir ki, bunu Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Terrorçu kimi hərəkət edirsinizsə, sizinlə terrorçu kimi davranılmalıdır”, – Kallas Aİ ölkələrinin nazirlərinin bu gün keçiriləcək iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bundan əvvəl Fransa SEPAH-ın terror təşkilatı kimi tanınmasını dəstəkləyəcəyini bəyan edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki