image-1backend

Skaloni: “Messi futbol meydanına çıxmış ən böyük futbolçudur”  

image-ads-728x90

Argentina millisinin baş məşqçisi Lionel Skaloni gələcəyi ilə bağlı qərar vermək üçün zamana ehtiyac duyduğunu bildirib.

Korrekt.az xəbər verir ki, Skaloni qeyd edib ki, komandanın əldə etdiyi uğurlar və futbolçular arasındakı münasibətlər onun üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu möhtəşəm yerdə olacağımı heç vaxt düşünməmişdim. Gələcəyimlə bağlı qərar vermək üçün özümə bir az vaxt ayırmalıyam. Belə möhtəşəm kollektivə yəqin ki, bir daha sahib olmayacağam və bu, məni kədərləndirir”, – deyə argentinalı mütəxəssis bildirib.

Baş məşqçi Argentina millisinin kapitanı Lionel Messi haqqında da fikirlərini bölüşüb.

“Ümid edirəm ki, Messi komanda yoldaşları ilə fəxr edir və düşünürəm ki, belədir. Eyni zamanda ümid edirəm ki, insanlar da öz milli komandaları, Messi və onun futbol üçün etdikləri ilə fəxr edirlər. Mənim fikrimcə, Messi futbol meydanına ayaq basmış ən böyük futbolçudur”, – deyə Skaloni vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki