İranın ali rəhbəri Əli Xameneiyə aid olduğu iddia edilən maliyyə resursları yenidən müzakirə mövzusuna çevrilib.
Korrekt.az xəbər verir ki, ötən ay yayılan məlumatlarda Xameneiyə bağlı maliyyə imperiyasının dəyərinin 250–300 milyard dollar arasında olduğu, bunun isə İranın dövlət büdcəsindən ən azı üç dəfə çox olduğu bildirilmişdi.
Lakin İran rəsmiləri bu məlumatları təkzib ediblər. Xameneyinin ofisinin rəhbəri Ayətullah Məhəmmədi Qolpayeqani mediaya açıqlamasında ali rəhbərin yalnız sadə bir evə sahib olduğunu bildirib:
“Ali rəhbərin yeganə əmlakı şəhərin aşağı hissəsindəki evidir. Onu da Məşhəddən Tehrana köçdükdən sonra alıb. Dünya malından başqa heç nəyi yoxdur, çünki dünya malına bağlı deyil.”
Rəsmi açıqlamalara görə, Xameneyinin sərvətinə dair əvvəlki məlumatlar həqiqəti əks etdirmir və ali rəhbərin şəxsi əmlakı məhduddur.





















