İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlanması barədə rəsmi göstəriş verib. Korrekt.az xəbər verir ki, bu barədə SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi hökumət mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başladılması ilə bağlı müvafiq tapşırıq verib. Bildirilib ki, İran tərəfi ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır.
Hökumət mənbəsinin sözlərinə görə, tərəflər arasında ilkin təmasların yaxın günlərdə Türkiyədə baş tutması gözlənilir.
Qeyd edək ki, bu qərar regionda artan gərginlik və beynəlxalq diplomatik fəallığın fonunda qəbul olunub.





















