image-1backend

Sosial şəbəkədə soyunanların cərimələnməsi başladı — DİN-dən xəbərdarlıq

image-ads-728x90

Son dövrlər sosial şəbəkələrdə əxlaq normalarının pozulması ilə bağlı müzakirələr daha da intensivləşib. Xüsusilə açıq-saçıq paylaşımlar, bədənin nümayişi üzərindən qurulan reklam kampaniyaları və müxtəlif platformalarda yayımlanan məzmun cəmiyyətin müəyyən hissəsində narahatlıq doğurur. Bədənini açıq şəkildə nümayiş etdirən paylaşımlar və paltar, kosmetika kimi məhsulların reklamları əvvəlki qaydada davam edir. Qanunvericilikdə ictimai əxlaqın qorunması ilə bağlı müəyyən müddəalar və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulsa da, real praktikada bu normaların hansı səviyyədə tətbiq edilməsi barədə DİN-ə müraciət ünvanladıq.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə ictimai əxlaq normalarına zidd, cəmiyyətə mənfi təsir göstərən və qanunla yayılması qadağan olunan informasiyaların paylaşılması halları nəzarətdə saxlanılır: “Bu istiqamətdə polis əməkdaşları tərəfindən mütəmadi işlər aparılır, hüquqazidd məzmun yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.

Belə hallara yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür.

Məlumatda bir daha vurğulanır ki, sosial şəbəkə anonimlik mühiti deyil, paylaşılan hər foto, video və ya yazı hüquqi qiymətləndirilə bilər. Qanunu pozan məzmun təkcə silinmir, məsuliyyət yaradır.

İstifadəçilərə tövsiyə olunur ki, paylaşdıqları materialların məzmununa ciddi və məsuliyyətlə yanaşsınlar, qanunvericiliyin tələblərini və ictimai əxlaq normalarını pozan informasiyaların yayımından çəkin­sinlər.

Yəni, ekran qarşısında olan anonimlik hissi aldadıcıdır. Paylaşılan hər bir foto və ya video hüquqi müstəvidə qiymətləndirilir. İstifadəçilərə tövsiyə olunur ki, reklam və ya şəxsi paylaşım adı altında qanunvericiliyin və əxlaq normalarının sərhədlərini sınağa çəkməsinlər. Görünən odur ki, virtual aləmdəki “sərbəstlik” artıq real hüquqi nəticələrlə üz-üzədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki