Taliban sözçüsü Zəbihullah Mücahid İran Radiosuna verdiyi müsahibədə bildirib ki, Əfqanıstan ABŞ-nin hücumu halında və Tehranın müvafiq tələbindən sonra İranla əməkdaşlığa hazırdır.
Korrekt.az xəbər verir ki, o, eləcə də qeyd edib ki, Kabil ölkələr arasında “münaqişə istəmir”.
Mücahid əlavə edib ki, “İran 12 günlük müharibədə qalib gəldi və yenidən qalib gələcək, çünki özünü müdafiə etmək qabiliyyətinə və hüququna malikdir”.





















