image-interpress_8c982d745b4289f33fd8afe22a040913_w6inzml7b9rya1t0pc84-640x336backend

Tənzilə Rüstəmxanlı Kürşad Zorlu ilə görüşdü – FOTO

image-ads-728x90

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir.

İnterpress.az xəbər verir ki, Tənzilə Rüstəmxanlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ilə görüşüb.

media-9cf87b80-4ab7-48ac-96ad-2d94b108d0f2

Tənzilə Rüstəmxanlı səmimi qəbul üçün Kürşad Zorluya təşəkkür edib, Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsində qurumun önəminə diqqət çəkib.

media-d13e94a7-c8c3-4404-aeb9-bdc18844b91a

Görüşdə türk dünyası ilə əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, bunun təxirəsalınmaz gerçəklik olduğu vurğulanıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki