ABŞ prezidenti Donald Trampın komandası İranla mümkün danışıqlar fonunda paralel olaraq “rejim sonrası ssenari” üzərində işləyir.
Korrekt.az xəbər verir ki, BƏƏ-də nəşr olunan və hökumətə yaxınlığı ilə tanınan “The National” qəzetinin ABŞ planlarına yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası İslam Respublikası ilə rəsmi təmaslar planlaşdırsa da, eyni zamanda İranda mümkün hakimiyyət dəyişikliyindən sonrakı keçid dövrü planını müzakirə edir.
Bildirilir ki, bu prosesdə Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner aktiv rol oynayır. Kuşner İran rejiminin süqutu halında ölkənin idarə olunmasına dəstək verəcək müvəqqəti keçid institutunun yaradılması ideyasını irəli sürür.
Eyni zamanda, Trampın komandasının Florida ştatının Palm Biç şəhərində İran müxalifləri ilə görüş keçirməyi planlaşdırdığı bildirilir.





















