image-1backend

Tokayev Qazaxıstanda tarixi islahatlara başladı:  Konstitusiya mətninin 84%-ni dəyişir

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı referendum tarixini təyin edib. Referendum 15 mart tarixində keçiriləcək.

Təklif olunan düzəlişlər Konstitusiyanın mətninin 84%-ni (77 maddə) əhatə edir və referenduma bir sual çıxarılır: “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını təsdiq edirsinizmi?”

Təklif olunan düzəlişlər, xüsusən də aşağıdakıları təklif edir:
▪️Hazırkı iki palata əvəzinə birpalatalı parlamentə keçid
▪️Parlamentin razılığı ilə prezident tərəfindən təyin ediləcək vitse-prezident vəzifəsinin yenidən tətbiqi.
▪️Prezidentin əsas vəzifələri təyin etmək səlahiyyətlərinin genişləndirilməsi.
▪️İkili vətəndaşlığın qadağan edilməsi və Qazaxıstan vətəndaşlığının ləğvi üçün əsasların aydınlaşdırılması.
▪️Nikahın kişi və qadının birliyi olduğu anlayışının gücləndirilməsi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki