ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən ictimai rəy sorğularına etimad göstərmədiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, o, NBC telekanalına verdiyi müsahibədə bəzi sorğuların dürüstlüyünü jurnalistlərin obyektivliyi ilə müqayisə edərək tənqidi mövqe sərgiləyib.
Tramp bildirib ki, ABŞ-da aparılan ictimai rəy sorğuları bəzən reallığı əks etdirmir. Prezidentin sözlərinə görə, bu sorğular “bəzi jurnalistlər qədər dürüst deyil”. O, həm media nümayəndələrinə, həm də rəy sorğularının nəticələrinə ehtiyatla yanaşdığını vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, ictimai rəy sorğularının siyasi proseslərdə manipulyasiya vasitəsinə çevrildiyini düşünür və bu səbəbdən onlara güvənmir.





















