ABŞ prezidenti Donald Tramp dünya futbolunun ulduzu Cristiano Ronaldo barədə diqqətçəkən açıqlama verib.
Korrekt.az xəbər verir ki,o, TikTok platformasında paylaşdığı videoda portuqaliyalı hücumçuya müraciət edərək bildirib:
“Cristiano Ronaldo, sən tarixin ən yaxşısısan! Sən bizə ABŞ-də lazımsan. Əşyalarını yığ, sənə mümkün qədər tez ehtiyacımız var”.
Trampın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşımın futbolçunun ABŞ-də çıxış edə biləcəyi ilə bağlı ehtimalları gücləndirdiyi qeyd olunur.





















