image-1backend

Trampdan şok açıqlama:”Mən İran rəhbərliyi ilə danışmışam”

image-ads-728x90

Son günlərdə ABŞ prezidenti Donald Tramp İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

Korrekt.az xəbər verir ki, Amerika lideri bu açıqlamanı jurnalistlərin suallarını cavablandırarkən verib.

“Bəli, mənim bu əlaqəm olub və bu əlaqəni davam etdirməyi planlaşdırıram”, – deyə Tramp vurğulayıb.

O, bu təmaslar zamanı iki şərt irəli sürdüyünü söylədi: birincisi, nüvə silahından imtina etmək və ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

Amerika lideri əlavə edib ki, “İrana doğru çoxlu sayda böyük və güclü ABŞ hərbi dəniz gəmisi gedir. Onlardan istifadə etməsəydik, əla olardı”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki