image-1backend

Trampın İtaliyada keçiriləcək Olimpiada ilə bağlı “böyük planları” var – Politico

image-ads-728x90

ABŞ administrasiyası İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarını ABŞ-ı qlobal idmanda lider kimi təqdim etmək üçün əsas platforma kimi nəzərdən keçirir. Korrekt.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qəzetin əldə etdiyi ABŞ Dövlət Departamentinə məxsus qeyddə bildirilib ki, ABŞ prezidenti Donald Trampın bu Olimpiada ilə bağlı “böyük planları” var. Ağ Ev ABŞ-ı beynəlxalq idmanda qlobal lider kimi tanıtmağı və Vaşinqtonun “Amerikada idman onilliyi” adlandırdığı yeni mərhələyə start verməyi hədəfləyir.

Məlumata görə, sözügedən onillik çərçivəsində ABŞ 2026-cı ildə FIFA Dünya Kubokuna, 2028-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına, 2034-cü ildə isə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

Qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milandakı “San Siro” stadionunda baş tutacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki