image-anadolu-adalet-sarayi-1977504_2backend

Türkiyədə məşhurlar həbs edildi: Bu şəxslər narkotikdən istifadə edib

image-ads-728x90

İstanbulda narkotiklə əlaqəli cinayətlərlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində bir sıra tanınmış şəxslər barəsində hüquqi tədbirlər görülüb.

Korrekt.az xəbər verir ki, istintaq materiallarında məşhur komediyaçı Həsən Can Kaya da daxil olmaqla bir neçə şəxsin adı yer alır.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, araşdırma narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə bağlı iddiaları əhatə edir. İstintaq çərçivəsində şübhəli bilinən şəxslər barəsində həbs qərarları verilib.

Rəsmi qurumlar hazırda istintaqın davam etdiyini, əlavə saxlanılmaların və yeni qərarların mümkün olduğunu bildirirlər.

Adları hallanan şəxslər barəsində yekun hüquqi qiymətin məhkəmə araşdırmalarından sonra veriləcəyi qeyd olunur.

Məsələ ictimaiyyətdə geniş rezonans doğurub. Səlahiyyətli qurumlar istintaq tamamlanana qədər təfərrüatların açıqlanmayacağını vurğulayır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki