image-1backend

Türkiyəli jurnalist: “Xameneyi İslam siyasəti ilə İranı çöküş yoluna sürükləyir”

image-ads-728x90

Türkiyəli jurnalist Mustafa Akyol İran İslam Respublikasının dini zorla dövlət ideologiyasına çevirməsinin həm cəmiyyəti böhrana sürüklədiyini, həm də İslamın xalqın gözündə nüfuzunu itirdiyini bildirib.

Korrekt.az xəbər verir ki, Akyolun sözlərinə görə, hicabın məcburi olması, dini inanclara görə cəzalandırmalar və məscidlərin Bəsic və təhlükəsizlik mərkəzinə çevrilməsi İslamı mənəvi dəyərdən çıxarıb, hakimiyyətin repressiya alətinə çevirib.

Jurnalist vurğulayıb ki, bu siyasət İran cəmiyyətini daha dindar etməyib, əksinə, dindən uzaqlaşmanı və inamsızlığı gücləndirib. O hesab edir ki, “dövlət İslamı” layihəsi xarici müdaxilə ilə deyil, xalqın ideologiyaya inamını itirməsi, sistemin korrupsiyası və səriştəsizliyi səbəbilə daxildən çökəcək — Sovet İttifaqının dağılması nümunəsində olduğu kimi.

Akyol əlavə edib ki, din zorla qəbul etdirilə bilməz; zorla tətbiq edilən inanc sonda hakimiyyətin özünə qarşı çevrilir. Bu proses Güney Azərbaycanda da açıq şəkildə özünü göstərir. Orada dövlətin məcburi “İslam modeli” milli kimliyin, ana dilinin və tarixi yaddaşın inkarı ilə birləşərək legitimliyini itirib.

Jurnalist qeyd edib ki, millətlərin mənəvi və milli bağını itirdiyi bir sistemi nə ordu, nə də təhlükəsizlik aparatı xilas edə bilər. Zor üzərində qurulan ideologiyalar gec-tez daxildən çökür və bu, İranın gələcəyini müəyyən edəcək əsas mərkəzlərdən biri kimi Güney Azərbaycanda da müşahidə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki