Ukraynadakı münaqişənin həlli məqsədilə sülh sazişinin hazırlanması prosesi ən azı bir ay yarım vaxt apara bilər. Korrekt.az xəbər verir ki, bu barədə TASS agentliyinin sitat gətirdiyi anonim mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, yalnız bütün tərəflərin konstruktiv mövqe sərgiləməsi, qarşılıqlı etimad mühitinin formalaşması və fundamental fikir ayrılıqlarının qısa müddətdə aradan qaldırılmasına hazır olması halında bu müddət minimum bir ay yarım təşkil edə bilər.
“Əks halda, prosesin daha uzun çəkməsi qaçılmazdır”, – deyə mənbə vurğulayıb.
Qeyd olunub ki, sülh planı çoxşaxəli və mərhələli xarakter daşıyır. Bu səbəbdən sənədin bir ay ərzində tam hazır olması ehtimalı aşağı qiymətləndirilir.





















