Ermənistanda səfərdə olmuş ABŞ vitse-prezidenti C.D. Vensin son hərəkəti Ermənistandakı qatı millətçilərin və rusiyapərəstlərin hiddətinə səbəb olub.
Belə ki, Vens qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsinə dair öz paylaşımını sonradan sosial şəbəkə səhifəsindən silib.
Korrekt.az xəbər verir ki, erməni mediasının yazdığına görə, vitse-prezident öncə bu abidəyə səfərlə bağlı paylaşım edib və həmin paylaşımında iki dəfə “soyqırım” sözünü işlədib. Lakin sonradan həmin paylaşım yoxa çıxıb. Bunun əvəzinə Vensin mətbuat katibi Teylor Van Kirkin J.D. Vens və həyat yoldaşının səfəri ilə bağlı paylaşımı yerləşdirilib və orada “soyqırım” ifadəsi yer almayıb.





















