İranın ali rəhbəri Əli Xameneyi ölkə daxilindəki etirazçılarla bağlı sərt və cəfəng açıqlama verib. Korrekt.az xəbər verir ki, o, etiraz iştirakçılarını terror təşkilatı olan İŞİD ilə müqayisə edib və onları zorakılıq aktlarında ittiham edib.
Xameneyi iddia edib ki, etirazçılar “insanları diri-diri yandırmaq, boğaz kəsmək və İŞİD-in cinayətlərinə bənzər əməllər törətməkdə” rol oynayırlar. O, aksiyaların ABŞ və İsrail tərəfindən təşkil olunduğunu irəli sürüb.





















