image-1backend

Xameneyinin sözçüsü: İrana hücum olsa, ABŞ-ın bütün hərbi bazalarını VURACAYIQ

image-ads-728x90

İrana qarşı hər hansı bir təcavüz, İslam Respublikasının silahlı qüvvələrinin əlçatan olduğu Yaxın Şərqdəki ABŞ-ın və müttəfiqlərinin bütün hərbi infrastrukturuna zərbə endirəcək.

Korrekt.az xəbər verir ki, bunu İranın Ali Lideri Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (İİKK) nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib: “Bu gün təkcə bir hərbi baza deyil, həm də ABŞ-ın və onun regional muzdlularının bütün infrastrukturu əlimizdədir”.

İRNA xəbər agentliyinin verdiyi məlumata görə, o, “Silahlı qüvvələr döyüşə hazırdır və düşmənin istənilən hərəkəti quruda, dənizdə və bölgədəki bütün Amerika hərbi bazalarında sarsıdıcı cavab alacaq”, – deyə bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp “böyük bir donanmanın” İrana doğru getdiyini açıqlamışdı. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan “ədalətli və bərabər” bir razılaşma imzalayacağına ümid etdiyini bildirmişdi.

ABŞ lideri ötən ilin iyun ayında ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirdiyini xatırladıb. O, “növbəti hücumun daha pis olacağı” barədə xəbərdarlıq edib və “bunun baş verməsinə yol verməməyə” çağırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki