image-1backend

Yüksək vəzifəyə təyin olunan Liya Bayramova KİMDİR?

image-ads-728x90

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib. Sözügedən vəzifəyə Liya Bayramova təyinat alıb. L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə təyinat alıb.

Yüksək vəzifəyə təyin olunan Liya Bayramova ilə bağlı maraqlı faktları təqdim edirik:

Liya Bayramova Azərbaycan Dillər Universitetində ingilis və alman dilləri ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra Qərbi Universitetdə Ekologiya və ətraf mühitin idarə olunması üzrə magistr dərəcəsinə yiyələnib. İxtisasını artırmaq məqsədilə Sankt-Peterburq Dövlət Universitetində, Filippin və Cənubi Koreyada xüsusi təlim proqramlarında, eləcə də ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçi Liderlik Proqramında (IVLP) iştirak edib.

Pəşəkar fəaliyyətinə jurnalistika ilə başlayan L. Bayramova Bakı Slavyan Universitetində müxbir, “Zerkalo” qəzetində şöbə müdiri kimi çalışıb və Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülüb. O, həmçinin ekoloji jurnalistikanı təşviq edən “GreenPen” media şəbəkəsinin təsisçilərindən və koordinatorlarından olub, Regional Ekoloji Mərkəzin layihələrində ekspert kimi iştirak edib.

O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan “Dayanıqlılıq və inkişaf” proqramının müəllifi və aparıcısıdır./yenisabah/



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki