image-konstantin-zatulinbackend

 “Zatulin nə danışdığını bilmir”- Politoloq

image-ads-728x90

Azərbaycanın ən çox nota verdiyi ölkələr sırasında Rusiyanın ön yerlərdə qərarlaşması iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini açıq şəkildə göstərir. bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,  bu dəfə Rusiya səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin bir gün əvvəl səsləndirdiyi açıqlamalar olub.

image-1

“Zatulin rus və erməni şovinist dairələrinə yaxınlığı ilə tanınan “Lazarevski klubu” vasitəsilə yaydığı bəyanatda Azərbaycanda törətdikləri cinayətlərə görə məhkum olunmuş erməni separatçılarına açıq dəstək ifadə edib. Həmin bəyanatda Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin əleyhinə fikirlərin yer alması isə xüsusilə diqqət çəkir.”– deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, Zatulinin hakim “Vahid Rusiya” Partiyasının üzvü olması və partiya rəhbərliyinin onun Azərbaycan əleyhinə çıxışlarına reaksiya verməməsi təsadüfi deyil:

“Əgər partiya rəhbərliyi öz üzvünün bu cür açıqlamalarına susursa və onu tənbeh etmirsə, bu o deməkdir ki, Kreml Zatulinin fəaliyyətindən məmnundur”.

Politoloq vurğulayıb ki, Zatulinin bu cür sərsəm və məsuliyyətsiz bəyanatları Cənubi Qafqaz üçün ciddi təhlükə yaradır və regionda sülhə, sabitliyə, eləcə də Azərbaycan–Rusiya münasibətlərinə zərbə vurur.

“Rusiya tərəfi bölgədə sabitliyi pozmağa çalışan, destruktiv fəaliyyəti ilə tanınan Zatulin kimi şəxslərə qarşı müvafiq tədbirlər görməyə çağırılıb. Ancaq Kreml heç bir addım atmayacaq. Çünki Rusiya bu tip fiqurlardan faydalanmağa üstünlük verir və onun siyasətində ciddi dəyişiklik gözlənilmir”, – deyə Arzuman Muradlı bildirib.

Onun fikrincə, əvvəlki dövrlərdə olduğu kimi, Rusiya daxilində Zatulin kimilərlə Qərbin bəzi mərkəzləri erməni separatçılarına dəstək məsələsində yenə eyni mövqedən çıxış edirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki