Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, rəsmi Kiyev münaqişənin həlli istiqamətində real kompromislərə açıqdır.
Korrekt.az xəbər verir ki, o, Telegram kanalında paylaşdığı açıqlamada qeyd edib ki, Ukrayna güzəştlərə hazır olsa da, bu, ölkənin müstəqilliyi və suverenliyi hesabına baş verə bilməz.
“Biz əsl güzəştlərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına yox”, – deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukraynanın əsas kompromisi danışıqlara hazır olmasıdır. O bildirib ki, Kiyev Moskva ilə “mövqe tutduğumuz yerdə dayanmaq” prinsipi əsasında dialoqa açıqdır.
Zelenski eyni zamanda Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu da sual edib.





















