image-images-1backend

Zərif: “Uranı 60%-ə qədər zənginləşdirməyə ehtiyacımız yox idi; biz bunu  ABŞ-ni qıcıqlandırmaq üçün etdik!” 

image-ads-728x90

Korrekt.az xəbər verir ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, İslam Respublikası ABŞ ilə danışıqlara nə hazırlıq, nə də istək görmür və Donald Trampın “hazırlıq” ifadəsinə baxmayaraq, Amerika tərəfini dialoqa hazır hesab etmir.

O, 2002-ci ildəki nüvə danışıqlarını və üç Avropa ölkəsinin iştirakı ilə aparılan danışıqların iflasında ABŞ-nin rolunu xatırladaraq, təzyiqin İran iqtisadiyyatına zərər verdiyini, lakin ölkənin nüvə proqramını dəyişdirmədiyini vurğulayıb.

Zərif eləcə də açıq şəkildə etiraf edib ki, uranı 60%-ə qədər zənginləşdirmək lazım deyil və bu, “yalnız amerikalıların gözünə barmaq soxmaq üçün” həyata keçirilib.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki